Pakistan-İran münasibətlərini baş nazirlə general müzakirə etdi

  • By admin
  • 14 Oktyabr 2021 10:43

Pakistanın Baş naziri İmran Xan İslamabadda olan İranın Baş Qərargah rəisi general-mayor Bəkiri ilə görüşüb.

Gununsesi.info Mehr Agentliyinə istinadən xəbər verir ki, görüş yüksək səviyyəli hərbi heyətin müşayiəti ilə baş tutub.

İmran Xan və Bəkiri bölgədə təhlükəsizliklə bağlı vəziyyəti, xüsusilə Əfqanıstandakı durumu müzakirə ediblər.

Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Nedim Rza ilə keçirdiyi əhəmiyyətli məsləhətləşmələrə toxunan general-mayor Bəkiri iki qonşu arasında sıx əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Pakistanın Baş naziri İmran Xan, keçən ay Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toplantısı zamanı İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünə də toxunaraq, Pakistanın İranla, xüsusən sərhəd, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində əlaqələrini gücləndirmək öhdəliyini vurğulayıb.

İmran Xan, Əfqanıstan böhranının hərbi yolla həll edilmədiyini və bu ölkədəki bütün daxili qrupların iştirakı ilə əhatəli bir hökumət qurulmasının lazım olduğunu söyləyib.

Gununsesi.info