Pakistan işıqsız qaldı

Pakistanda bütün ölkə üzrə elektrik enerjisi kəsilib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Məlumata görə, işıqların sönməsinə səbəb ölkənin mərkəzi elektrik şəbəkəsində yaranmış nasazlıq olub.

Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Gununsesi.info