Pakistan məhkəməsi İmran Xanın həbs müddətini uzatdı

  • By resul
  • 14 Sentyabr 2023 10:34

Pakistanda məhkəmə keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşinin həbs müddətini 14 gün uzadıb.

Gununsesi.info xəbər verir ki, yerli KİV-in məlumatına görə, “dövlət sirlərini yaymaqda” təqsirləndirilən Xan və Qureşinin işi üzrə məhkəmədə növbəti iclas keçirilib.

Məhkəmə Pakistan hökumətinin keçmiş üzvlərinin həbs müddətini sentyabrın 26-dək uzadıb.

Avqustun 29-da Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanın girov müqabilində azadlığa buraxılması barədə qərar çıxararaq, ona qarşı üç illik həbs cəzasını təxirə salıb. Lakin avqustun 30-da Xan yenidən “dövlət sirrini yaymaq” ittihamı ilə həbs olunub.

Arzu
Gununsesi.info