Pakistan məhkəməsindən şok qərar - PƏRVİZ MÜŞƏRRƏF "FƏRARİ"DİR

  • By admin
  • 31 Avqust 2017 16:52

13
Pakistan məhkəməsi Benazir Bhuttona qarşı sui-qəsdin təşkilində ittiham olunan beş şübhəlinin günahkar olmadığına dair qərar verib.

Gununsesi.info Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, Pakistanın mərhum baş naziri Benazir Bhutto 2007-ci il 27 dekabrda Pakistanda törədilmiş terror nəticəsində öldürülüb.

Belə ki, Pakistan məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəflə də bağlı işə baxaraq onun “fərari” olduğuna dair qərar verib.

Xatırladaq ki, 1999-cu ildə P.Müşərrəf ölkədə çevriliş edərək hakimiyyəti ələ keçirib. 2008-ci ildə P.Müşərrəf tutduğu prezident vəzifəsindən istefa verib.

2008-ci ildən sonra İngiltərədə sürgün həyatı yaşayan sabiq prezidenti, 2013-cü ildə könüllü olaraq Pakistana dönərək, prezident seçkilərində iştirak etməyə cəhd göstərmişdir. Lakin Pakistan məhkəməsi P.Müşərrəf siyasətdən ömürlük uzaqlaşdırıb.

Anar
Gununsesi.info