Pakistan İranla münasibətlərin kəskinləşməsi fonunda ordusunu hazır vəziyyətə gətirib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters”ə Pakistan təhlükəsizlik xidmətinin yüksəkvəzifəli nümayəndəsi bildirib.
“Pakistan Silahlı Qüvvələri son dərəcə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”, – agentliyin məlumatında deyilir.
Mənbə əlavə edib ki, Pakistan İran tərəfinin istənilən yanlış addımına güc yolu ilə cavab verəcək.
Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Zərbələrin ardınca Pakistan İrana nota verib, daha sonra İrandakı səfirini geri çağırıb. Pakistanın İrana raket hücumu nəticəsində isə 9 nəfər həyatını itirib.