Pakistan Milli Assambleyasında çıxış edən deputatın sözləri sosial mediada gündəmə çevrilib.
Gununsesi.info xəbər verir ki, Pakistan parlamentinin deputatı Fələstini və Kəşmiri azad etmək üçün nüvə silahından istifadəyə çağırıb.
“Muzeydə nümayiş etdirmək üçün nüvə silahlarını hazırlamışıq? Fələstini və Kəşmiri azad edib cihad üçün istifadə etməyəcəyiksə, bizə bu bombalar və ya böyük ordu lazım deyil”, – deyə deputat bildirib.
Səid Əhmədli
Gununsesi.info