Koronavirus əleyhinə vaksinin birinci dozası vurulan Pakistan Prezidenti Arif Alvi COVİD-19-a yoluxub.
Gununsesi.info xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb.
“Mənim test nəticəm pozitiv çıxdı. Allah bütün COVİD-19 xəstələrinə rəhm eləsin. Birinci doza vaksini qəbul etmişdim, ancaq antitellər ikinci dozadan sonra yaranmağa başlayır. İkinci doza bir həftə sonra vurulmalı idi. Xahiş edirəm, ehtiyatlı olmağa davam edin”, – deyə Alvi bildirib.
Xatırladaq ki, Pakistanın Baş naziri İmran Xan da birinci doza vaksindən sonra koronavirusa yoluxmuşdu.
Gununsesi.info