Pakistan prezidenti Zərdarinin ayağı sınıb

  • By Admin2
  • 01 Noyabr 2024 10:37

Pakistan prezidenti Asif Əli Zərdari təyyarədən enərkən ayağını sındırıb.

Gununsesi.info xəbər verir ki, Zərdari Dubay hava limanında təyyarədən enərkən ayağını sındırıb və dərhal xəstəxanaya göndərilib.

 Onun ayağı həkim müayinəsindən sonra gipsə salınıb və 4 həftə istirahət etmək tövsiyə edilib.

Orxan Saffari

Gununsesi.info