Pakistan səfiri: “Ermənistanın təxribatları beynəlxalq hüquqa ziddir”

  • By admin
  • 25 Sentyabr 2020 20:05

“Ermənistanın Azərbaycana qarşı təxribatçı əməlləri, atəşkəsin mütəmadi pozulması beynəlxalq hüquqla bir araya sığmır”.

Gununsesi.info xəbər verir ki, bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Hayee jurnalistlərlə görüşü zamanı bildirib.

“Pakistan bu məsələdə daim Azərbaycanın yanında olacaq. Biz Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinə tərəfdarıq. Xatırlatmaq istərdim ki, Pakistan Ermənistanı Azərbaycana qarşı işğalçı siyasətinə görə tanımayan yeganə dövlətdir”, – səfir vurğulayıb.

Azərbaycanla hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini dilə gətirən pakistanlı diplomat həmçinin antiterror əməliyyatları sahəsində xeyli müsbət təcrübəyə malik olduqlarını da diqqətə çatdırıb.

 

 

Gununsesi.info