Pakistan təyyarəsi Bakıda məcburi eniş etdi – 2 sərnişin xəstəxanaya aparıldı

  • By admin
  • 13 Noyabr 2016 12:48

img_0055

 

Pakistan Beynəlxalq Hava Yollarının (Pakistan International Airlinesn) Mançester-İslamabad marşrutu ilə uçan təyyarəsi (RK-702 reysi) fövqəladə vəziyyətə görə bu gün Heydər ƏliyevBakı beynəlxalq aeroportunda məcburi eniş edib.

Gununsesi.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Samaa telekanalı məlumat yayıb.

Pakistan aviaşirkətinin nümayəndəsi telekanalın jurnalistinə bildirib ki, bu reysin iki sərnişini təcili Bakı klinikalarından birinə çatdırılıb.

Telekanalın məlumatına görə, Pakistanın Bakıdakı səfirliyinə bu hadisə haqqında məlumat verilib.

Həmin iki sərnişini klinikaya göndəriləndən sonra təyyarə İslamabada yola düşüb.

 

Gununsesi.info