Pakistan “Vikipediya”nı qadağan etdi 

  • By admin
  • 04 Fevral 2023 21:34

Pakistanda “Vikipediya”ya giriş qadağan edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Telekommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, “küfr edən məzmun”la bağlı xəbərdarlıqdan sonra ölkədə sayta giriş məhdudlaşdırılıb.

Qurumun yaydığı məlumatda qeyd olunub ki, “Vikipediya” bütün etiraz doğuran materialları silənə qədər Pakistanda blokda qalacaq.

Gununsesi.info