Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyir.
Gununsesi.info xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç həftəlik brifinq zamanı bildirib.
“Pakistan mina partlayışları nəticəsində baş vermiş insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına və hökumətinə səmimi başsağlığı verir. Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Pakistan Qarabağa Azərbaycan Respublikasının suveren ərazisi kimi baxır. Bizim mövqeyimiz Birləşmiş Millətlər Təşkilatının və İslam Konfransı Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinə, eləcə də beynəlxalq hüquqa tam uyğundur. Ümid edirik ki, Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyü ilə bağlı haqlı iddiaları bütün tərəflər tərəfindən qəbul olunacaq və bu, bölgədə davamlı sülhə yol açacaq”, – o deyib.
Gununsesi.info