Pakistan XİN: Qardaş Azərbaycan xalqını dəstəkləməyə davam edəcəyik

  • By admin
  • 10 Oktyabr 2020 22:30

Bu yaxınlarda, Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət hadisədir. Ümid edirik ki, tərəflərin razılaşdırdığı humanitar şərtlər yerinə yetiriləcəkdir.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən verilən açıqlamada deyilir.

“Pakistan inanır ki, iki tərəf arasında davamlı sülhün bərqarar olunması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olacaq. Bu işdə Pakistan qardaş Azərbaycan xalqını dəstəkləməyə davam edəcək”, – açıqlamada bildirilir.

 

 

Gununsesi.info