Pakistanda 32 nəfər içkidən zəhərlənərək ölüb

  • By admin
  • 27 Dekabr 2016 19:05

pic-03f18e9facbcea1dc304c0b57fe80b2c

 

Pakistanda 32 nəfər keyfiyyətsiz spirtli içkidən zəhərlənərək ölüb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “BBC News” xəbər yayıb.

Hadisə Pəncab vilayətində baş verib. Xristianlar Milad bayramını qeyd etmək üçün spirtli içki məclisi qurublar. Nəticədə 30 xristian və 2 müsəlman zəhərlənib. Daha 60 nəfər xəstəxanaya çatdırılıb. İlkin ehtimala əsasən içkiyə metanol əlavə edilib.

 

Gununsesi.info