Pakistanda ağır yol qəzası: Ondan çox şəxs yanaraq həlak olub

Pakistanın şimal şərqində yerləşən Pəncab əyalətində baş verən yol qəzasında azı 12 nəfər ölüb, dörd nəfər yaralanıb.

Gununsesi.info “Geo News” telekanalı-na istinadən məlumat verir ki, iki avtomobilin toqquşması nəticəsində qaz balonu partlayıb.

HTML tutorial

Hadisə Qucranvala şəhərində baş verib.

Belə ki, kiçikhəcmli yük maşını sərnişinlərlə dolu avtomobilə toqquşub.

Zərbənin gücündən avtomobilin arxasında yerləşən qaz balonu partlayıb.

Gununsesi.info