Pakistanda avtobus dərəyə aşıb: 5 ölü, 15 yaralı

  • By admin
  • 11 Fevral 2018 16:09


Pakistanın Belucistan əyalətində Kvetta-Karaçi marşrutu ilə hərəkət edən sərnişin avtobusu dərəyə aşıb.

Trend-in “Geo TV”yə istinadən verdiyi məlumata görə, avtobusun dərəyə aşması nəticəsində 5 nəfər həlak olub, azı 15 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Gununsesi.info