
Pakistanın Lahor şəhərində baş verən partlayış nəticəsində 22 nəfər yaralanıb.
Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin qərb hissəsində yük maşını partlayıb.
Hadisənin səbəbləri hələ ki, məlum deyil. İlkin versiyaya əsasən, yük maşını transformatora çırpılıb, lakin polis avtomobildə quraşdırılmış partlayıcı maddənin işə salındığını istisna etmir.
***
Pakistanın Lahor şəhərində törədilən partlayış nəticəsində yaralananların sayı 34 nəfərə çatıb.
Səhərin qərb hissəsində yük maşını partladılıb. Hadisə nəticəsində yaxınlıqda yerləşən bina və avtomobillərə ziyan dəyib.
Məlumata əsasən, meyvə-tərəvəz daşıyan yük maşınında partlayıcı qurğu işə salınıb.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Gununsesi.info