Pakistanda DƏHŞƏTLİ HADİSƏ: çox sayda ölən var

Pakistanın cənubundakı Karaçi şəhərində binada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Pajhwok” agentliyi məlumat yayıb.

HTML tutorial

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış özəl bank binasında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn mütəxəssislər partlayışın səbəblərini araşdırırlar. Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, bundan əvvəl Pakistan polisi özünün tvitter səhifəsində 10 nəfərin ölməsi barədə məlumat verib.

“Geo News” telekanalı isə bildirib ki, partlayış qaz sızmasından baş verə bilər.

Gununsesi.info