Pakistanda dəhşətli qəza: 27 sərnişin həlak oldu

Pakistanın şimal-şərqindəki Pəncab əyalətində sərnişin avtobusunun qoşqulu yük avtomobili ilə toqquşması nəticəsində azı 27 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.

HTML tutorial

Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, sərnişin avtobusu Rajanpur şəhərindən Sialkot şəhərinə doğru hərəkət edib.