Pakistanda dəhşətli qəza baş verib

  • By Mina
  • 11 Aprel 2024 09:10

Pakistanın Bəlucistan əyalətinin Xub rayonunda sərnişin avtobusunun yarğana aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb. Məlumata görə, avtobusun sərnişinləri Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına – Şah Noorani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub

 

İlkin versiyaya görə, sürücü çətin keçilən yolda idarəetməni itirib və nəticədə avtomobil yarğana aşıb.

 

Hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Gununsesi.info