Pakistanda daşqın təhlükəsi səbəbindən 100 mindən çox insan təxliyə edildi

  • By arzu
  • 27 Avqust 2023 15:25

Hindistanın bəndlərdən daha çox su boşaltması və leysan yağışları səbəbiylə Pakistana qədər uzanan Sutlej çayında suyun səviyyəsi qalxıb, bölgədə daşqın təhlükəsi yaranıb.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Pəncab Xilasetmə sözçüsü Diba Şahnaz açıqlama yayıb.

Onun sözlərinə görə, iyulun 9-dan bəri şimaldakı Kasur, Pakpattan, Vehari, Bahavalnaqar, Lodhran, Multan və Bahavalpur bölgələrindən 100 mindən çox insan təxliyə edilib.

Sözçü, iyulun 9-dan bəri baş verən daşqınlar nəticəsində 17 nəfərin öldüyünü, 36 nəfərin yaralandığını açıqlayıb.

 

Gununsesi.info