Pakistanda daşqınlar bir gündə 54 nəfərin həyatına son qoyub

  • Müəllif: Firuzə
  • 17 İyul 2025 11:44

Pakistanın müxtəlif bölgələrində musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində son 24 saat ərzində 54 nəfər həyatını itirib.

Gununsesi.info Pakistanın Təbii Fəlakət Agentliyinə istinadən xəbər verir ki, daşqınlarda 227 nəfər xəsarət alıb.

Ölənlərin əksəriyyətinin Pəncab vilayətindən olduğu bildirilir.

Gununsesi.info