
Pakistanda inşaat halındakı körpünün yaxınlığındakı bir divarın çökməsi faciəyə yol açıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yağış sularından təsirlənən divar yerə uçub. Olay zamanı 11 nəfər can verib . Yaralıların sayı 5 nəfərdir.
İnşaat körpüsünə isə zərər dəyməyib. Hadisə paytaxt İslamabad şəhərində yaşanıb.
Pakistanın Baş naziri Şahbaz Şerif etdiyi açıqlamasında ölənlərdən üzüntü duyduğunu dilə gətirib.
Xatırladaq ki, bu ölkədə 1 aya yaxındır ki, davam edən musson yağışları 112 nəfərin ölümünə səbəb olub. 15 min insan təbiət hadisəsinə görə öz yerlərindən köçməli olub.
Tərcümə: Arzu