
Pakistanda gəminin aşması nəticəsində 8 nəfər boğulub.
Gununsesi.org məlumat verir ki, APA-nın xəbərinə görə, bu barədə ARY telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin şərqində yerləşən Pəncab əyalətində Satlec çayında baş verib.
Hazırda axtarış-xilasetmə işləri aparılır. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.