Pakistanda güclü partlayış: Ölənlər var - FOTOLAR

  • By admin
  • 26 Fevral 2023 12:20

Pakistanın Bəlucistan əyalətində bazarda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə əyalətin hüquq mühafizə orqanları məlumat verib.

Qeyd olunur ki, partlayış motosikletə yerləşdirilmiş əldəqayırma qurğunun işə düşməsi nəticəsində baş verib.

Ölənlərin sayının artacağı istisna edilmir.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.