Pakistanın cənub-qərb əyalətlərində son 3 gündə yağan güclü yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayı 55-ə çatıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlərin olduğu bildirib.
Pakistanın baş naziri Şahbaz Şərif yağışlardan zərər çəkmiş ərazilərə təcili yardımın çatdırılması tapşırığını verib.
Yağışların yaratdığı daşqınlarda çoxlu evlər zərər görsə də, infrastruktura da ciddi ziyan dəyib.
Mina
Gununsesi.info