
Pakistanın Bəlucistan əyalətində terror aktı baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Məlumata görə, terrorçular Bəlucistanın Harnay bölgəsində hərbi maşını partladıblar. Nəticədə Pakistan ordusunun 4 hərbçisi şəhid olub, 2 hərbçi isə yaralanıb.
Terror hücumuna görə məsuliyyəti Bəlucistan Qurtuluş Ordusu (BLA) öz üzərinə götürüb.
Gununsesi.info