Pakistanda ilk dəfə qadın əyalət baş naziri seçildi

  • By admin
  • 27 Fevral 2024 13:23

Pəncab əyalət məclisində keçirilən səsvermə nəticəsində Pakistanın keçmiş baş naziri Nəvaz Şərifin qızı Məryəm Nəvaz vilayətin baş naziri seçilib.

Gununsesi.info xəbər verir ki, bu nəticə ilə Nəvaz ölkə tarixində ilk qadın əyalət baş naziri olub.

Qeyd edək ki, Pakistanın Seçki Komissiyası fevralın 8-də fevralın 11-də keçirilən Milli Assambleya və əyalət məclislərinə seçkilərin nəticələrini açıqlayıb.

Rəsmi nəticələrə görə, həbsdə olan keçmiş baş nazir İmran Xanın partiyası PTI-nin dəstəklədiyi müstəqil deputatlar seçkilərdə birinci, keçmiş baş nazir Nəvaz Şərifin rəhbərlik etdiyi PML-N isə ikinci yerdə qərarlaşıb. PTI saxtakarlıq olduğu səbəbiylə ölkə daxilində 8 Fevral seçkilərinin nəticələrini etiraz edir.

Gununsesi.info