Pakistanda kamikadze hücumu nəticəsində ölənlərin sayı 100-ə çatıb

  • By admin
  • 31 Yanvar 2023 19:52

Pakistanın Pişəvər şəhərində məsciddə partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

Məlumata görə, terror aktı qurbanlarının əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları olub.

Yaralıların sayı 200 nəfəri ötüb.

Yerli Xilasetmə Xidmətinin məlumatına görə, məscidin dağıntıları altından insanların xilas edilməsi əməliyyatı başa çatıb.

Gununsesi.info