Pakistanda mədənin çökməsi: - 12 işçi sıxışıb

Pakistanın Kvetta şəhərindəki kömür mədənində metan qazının səbəb olduğu partlayış nəticəsində baş verən çökmə nəticəsində ən azı 12 işçinin sıxıldığı bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər bildiriblər ki, qəzanın səbəbləri araşdırılır və təhlükəsizlik protokollarının pozulduğu müəyyən olunarsa, günahkarlar barəsində qanuni tədbirlər görüləcək.

Qeyd edək ki, Pakistanda qanuni prosedurlara əməl edilməməsi səbəbindən mədən qəzaları tez-tez baş verir.

 

Orxan Saffari

Gununsesi.info