
Pakistanda məscidə edilən bombalı hücumda, o cümlədən İslam Üləmaları Dərnəyinin regional sədri Abdulla Nadim də daxil olmaqla 4 nəfər yaralanıb. Hücumla bağlı araşdırmalara başlanılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Dawn qəzetinin xəbərinə görə, polis məmuru Asif Bahadır vilayətin Cənubi Vəziristan bölgəsində Mövlana Əbdül Əziz məscidinin minbərində gizlədilən əldəqayırma partlayıcı qurğunun partladığını bildirib.
Bahadır JUI-F Regional sədri Nadim və 3 partiya üzvünün partlayışda yaralandığını, yaralıların isə müalicə üçün Regional Mərkəzi Xəstəxanaya aparıldığını bildirib.
Bahadır hücumla bağlı istintaq başladıldığını bildirib.
Pakistanda silahlı hücumlar xüsusilə Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva və Bəlucistan əyalətlərində cəmləşib.
Hər iki əyalətdə puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplar Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı hücumlar həyata keçirib.
İslamabad Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və hücumlarını oradan təşkil etdiyini iddia etsə də, Əfqanıstan administrasiyası bu iddiaları rədd edir.
Bəlucistanda Bəlucistan Azadlıq Ordusunun (BLA) hücumları ön plana çıxır. BLA Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bu bölgəyə Bəluc xalqının hakim olmasını istəyir.
Orxan