
Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktı zamanı ölən şəxslərin sayı 28-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb.
Son məlumata görə, partlayış nəticəsində xəsarət alanların sayı 150 nəfərdir.
Qeyd edək ki, hələlik terrora görə məsuliyyəti heç kim üzərinə götürməyib.
13:24
Pakistanın Peşəvər əyalətində məscidə terror hücumu baş verib.
Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, terrorçu-kamikadze məscidə gələrək özünü partladıb.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib, daha 70 nəfər isə yaralanıb.
Detallar araşdırılır.
Gununsesi.info