Pakistanda məscid yaxınlığında baş verən partlayışda 13 nəfər ölüb, 70 nəfər yaralanıb.
Gununsesi.info “Report” -a istinadən xəbər verir ki, səlahiyyətlilər partlayışın kamikadze tərəfindən törədildiyini ehtimal edir.
Qeyd edək ki, partlayış Mastunq şəhərində insanların Peyğəmbərin mövlud gününü qeyd etmək üçün toplaşdığı məscidin yaxınlığında baş verib. Ölənlər arasında yerli polis rəisinin müavini də var.
Gununsesi.info