Pakistanda partlayış: 12 ölü, 52 yaralı

  • By admin
  • 02 Sentyabr 2016 12:36

partlayı

Bu gün Pakistanda terrorçu-kamikadze özünü yerli məhkəmə salonunda partladıb.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində məhkəmə salonunda olan azı 12 nəfər ölüb, 52 nəfər isə yaralanıb.

Hadisə Pakistanın Hayber-Pahtunhva bölgəsində baş verib. Bütün yaralılar hərbi hospitala yerləşdirilib.

Hələlik heç bir radikal qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.

Anar
Gununsesi.info