Pakistanda partlayış:  26 ölü, 57 yaralı

  • By admin
  • 24 İyul 2017 19:34

pakistan-terror
Bu gün Pakistanın Lahor şəhərində (Pəncab vilayəti) partlayış nəticəsində azı 26 nəfər ölüb, 57 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, GeoTV telekanalının yaydığı məlumata görə, partlayış meyvə-tərəvəz bazarının girişində növbə çəkən polis naryadının yaxınlığında törədilib. Yaralananlardan bəzilərinin vəziyyəti ağırdır.

Polis nümayəndələri telekanala bildiriblər ki, terrorçu kamikadze tərəfindən həyata keçirilən partlayışın hədəfi hüquq mühafizə orqanlarının əməkdaşları olub. İlkin məlumata görə, hücum zamanı azı 8 polis işçisi həyatını itirib.

Yerli Express Tribune qəzetinin saytında xəbər verilir ki, hadisə baş verən yer şəhərin ən çox mühafizə olunan rayonlarından biridir – cəmi 100 metrlik məsafədə Pəncabın baş naziri Şahbaz Şərifin iqamətgahı yerləşir.

Hadisə yeri polislər və Pakistan ordusunun hərbçiləri tərəfindən mühasirəyə alınıb, təhqiqat aparılır.

Gununsesi.info