Pakistanda PARTLAYIŞ: 45 ölü, 65 yaralı

Pakistanın şimal-qərbində yerləşən Peşəvar şəhərində martın 4-də baş verən partlayış nəticəsində ölənlərin sayı artmaqdadır. Partlayış baş verən anda ibadət edənlərdən 45 şəxs ölüb, 65 insan yaralanıb.

Gununsesi.info xarici KİV-ə istinadla bildirir ki, bu barədə yerli polis əməkdaşları məlumat verib.

HTML tutorial

Polis əməkdaşlarının bildirdiyinə görə, partlayış Peşəvarın Kuça Risaldar məscidində dindarların cümə namazına toplaşdığı vaxt törədilib.

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışın məsuliyyətini üzərinə götürən yoxdur.

Gununsesi.info