
Pakistanın Bəlucistan əyalətində partlayış baş verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kuetta şəhərində olub.
Nəticədə 5 nəfər yaralanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Ölənlər barədə məlumat yoxdur.
Hadisənin səbəbləri araşdırılır. Terror qruplaşmaları arasında məsuliyyəti öz üzərinə götürən olmayıb.
Gununsesi.info