
Pakistanda qanlı hücum olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay bu ölkənin Bəlucistan bölgəsində yaşanıb.
Bombalı hücum zamanı “Jamiat Ulema el İslam Partiyası”nın lideri Hafiz Həmdullahın aralarında olduğu 11 adam yaralanıb.
Mastunq qəsəbəsindəki qanlı hücum hərəkətsiz halda dayanan avtomobilin yanındakı bombanın partladılması ilə gerçəkləşdirilib.
Siyasi partiya başçısı Həmdullahın həyati təhlükəsinin olmadığı bildirilir.
Hücumla bağlı geniş araşdırmalar başladılıb.
Tərcümə: Arzu