
Pakistanda qanlı intihar hücumu edilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 4 olis ölüb, 10 nəfər yaralanıb.
Hücum bu ölkənin Hayber Pahtunhva bölgəsində bir dövlət binası yaxınında olub.
Yerli mediada yazılanlara görə, nəzarət-təhlüksəzilik nöqtəsində yaşanan hücum zamanı divar uçub. Bir neçə nəfər altında qalıb. Əraziyə xilasetmə işçiləri göndərilib.
Yaralılar uçmuş divarın altından xilas edilib.
Partlayış zamanı bir sıra dövlət binaları zərər görüb.
Dövlət qurumlarının işçiləri hücumu edən 2 şübhəlinin cəsədlərinin tapıldığını açıqlayıblar.
Tərcümə: Arzu