Pakistanda “Qarabağ Azərbaycandır” adlı flaşmob keçirilib - FOTO

  • By admin
  • 08 Noyabr 2022 11:06

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunan flaşmoblar keçirib.

Səfirlikdən verilən məlumata görə, flaşmoblarda “Qarabağ Azərbaycandır”, “Azərbaycanın Zəfər Günü” şuarları, həmçinin Azərbaycan – Pakistan – Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan xarı bülbül çiçəyi əks olunub.

Flaşmoblarda 800-dən artıq pakistanlı iştirak edib.

Gununsesi.info