Pakistanda seçki komissiyası üzvlərinə silahlı hücum: Ölən var

  • By admin
  • 08 Fevral 2024 11:36

Pakistanın Hayber Paxtunxva əyalətində seçkilər zamanı seçki komissiyasının üzvlərinə silahlı hücum nəticəsində bir polis əməkdaşı həlak olub.

Gununsesi.info xəbər verir ki, yerli KİV-in məlumatına görə, Tank bölgəsindəki Kot Azam rayonunda naməlum silahlı şəxslər seçki komissiyasının üzvlərinə atəş açıb.

Silahlı hücum nəticəsində bir polis əməkdaşı həlak olub. Məntəqədə səsvermə müvəqqəti olaraq dayandırılıb.

Tank bölgəsi Əfqanıstanla həmsərhəd olan Cənubi Varizistan əyaləti ilə həmsərhəddir.

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç daha əvvəl deyib ki, tam təhlükəsizliyi təmin etmək üçün seçki günü İran və Əfqanıstan sərhədləri bağlı olacaq.

Pakistan Milli Assambleyası və Əyalət Şuralarına seçkilər üçün səsvermə fevralın 8-i cümə axşamı yerli vaxtla saat 08:00-da başlayıb və saat 17:00-da başa çatacaq.

Gununsesi.info