Pakistanda silahlı qarşıdurma – Ölənlər var

  • By admin
  • 07 Yanvar 2023 20:36

Öakistanda silahlı qarşıdurma yaşanıb.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın Hayber Pahtunhva bölgəsində Pakistan Talibanı mənsublarının hücumu zamanı 2 polis isşçi həlak olub.

Hücumdan sonra Pakistan Talibanı məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, son illərdə Pakistanda terror hücumlarının sayı artıb.

İslamabad mərkəzli düşüncə quruluşu Təhlükəsizlik Çalışmaları və Araşdırma mərkəzinin paylaşdığı bilgilərə görə, 2022-ci ildə Pakistanda 506 terror hücumu olub ki, olaylar zamanı 290 təhlükəsizlik işçisi, 311 mülki vətəndaş olmaqla 601 insan qətlə yetirilib.

Məlumat üçün bildirək ki, rəsmi İslamabad Pakistan Talibanını terror təşkilatı kimi tanıyır.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info