Pakistanda silahlı toqquşma: 7 əsgər öldürüldü

  • By arzu
  • 19 May 2020 17:10

Pakistanın Bəlucistan əyalətində naməlum silahlılar 7 əsgəri öldürüb.

Gununsesi.org-un APA-ya “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, mayın 18-də gecə saatlarında əsgərlər patruldan Maç bölgəsindəki Pir Qaib düşərgəsinə qayıdarkən partlayıcı qurğu işə düşüb. Nəticədə 6 əsgər ölüb.

Digər bir əsgər isə əyalətin Keç rayonunda silahlılarla atışmada öldürülüb.

Hücumları Bəlucistan əyalətindəki heç bir qruplaşma üzərinə götürməyib. 

Gununsesi.org