Pakistanda uçqun fəlakəti çoxlu sayda can aldı

  • By arzu
  • 27 May 2023 19:19

Pakistanda uçqun fəlakəti yaşanıb.

Gununsesi.info  xarici mətbuata istinadən xəbər verir ki, Gilgit-Baltistan bölgəsində yaşanan uçqun zamanı 10 nəfər can verib, digər 25 nəfər isə yaralanıb.

Pakistanın yüksək zirvələri olaraq tanınan bölgədə yaşanan fəlakətdən sonra əraziyə polis işçiləri və xilasediciləri göndərilib.

Yerli yetkililər olayda ölən və yaralıların sayını təsdiq ediblər.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info