
Pakistanın Karaçi şəhərində güclü partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Sinxua” yazır.
“Pakistanın cənubundakı Karaçi liman şəhərindəki universitetdə baş verən partlayış nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb”, – məlumatda deyilir.
“Partlayışın səbəbi hələ müəyyən edilməyib, polis hadisənin terror aktı olub-olmadığını müəyyən etmək üçün istehkamçıları çağırıb”, – agentliyi məlumatında deyir.
Qeyd edilib ki, bütün yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Gununsesi.info