Pakistanda xalq İmran Xana dəstək üçün meydanları doldurdu: 9 nəfər öldürüldü, məktəblərdə tətil elan edildi

  • By admin
  • 11 May 2023 17:12

Pakistanda İmran Xanın həs edilməsindən sonra vətəndaşlar etiraza qalxıblar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, etirazçılara qarşı polislər hərəkətə keçiblər.

Çoxlu sayda insan həbs edilib. Məhkəmə qərarına qarşı keçirilən etirazlarda 9 nəfər ölüb, 290 nəfər yaralanıb.

Polisin rəsmi açıqlamasında ölənlərin və yaralıların sayı təsdiqlənib.

Meydanlara enən on minlərlə vətəndaş siyasətçi İmran Xanın “rüşvət” ittihamı ilə həbs edilməsinə qarşı çıxıb.

Pakistan mətbuatında ölkənin rəsmən ayağa qalxıdığı yazılır.
Şiddətli etirazlar səbəbi ilə çoxsaylı məktəblər qapadılıb. Bir çox şəhərlərdə avtomobil magistralları hərəkət üçün bağlanıb.
Siyasətçinin yarımhərbi qüvvələr tərəfindən şiddətə məruz qalması xəbəri qəzəbi bir qədər də artırıb.

Pakistanın Ədalət Partiyasından 2 yüksək səviyyəli idarəçinin də həbs edildiyi yazılır.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info