Pakistanda yağan güclü qar 20-dən çox insanın həyatına son qoydu - VİDEO

  • By admin
  • 08 Yanvar 2022 18:40

Pakistanın Pəncab əyalətində güclü qar yağması nəticəsində iyirmidən çox insan həlak olub.

Gununsesi.info xəbər verir ki, əyalətin Murri şəhəri yaxınlığında təxminən minədək avtomobil qar altında qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hələlik avtomobillərdə qalan 21 nəfərin öldüyü təsdiqlənib. Həlak olanların sayının artacağı istisna edilmir.

Rayon təbii fəlakət zonası elan olunub.

Son günlər qeyri-adi təbiət hadisəsini müşahidə etmək üçün Murri şəhəri rayonuna 100 mindən çox avtomobillə turistlərin gəldiyi bildirilir.

 

Gununsesi.info