Pakistan Fələstinlə həmrəylik əlaməti olaraq bütün Yeni il şənliklərini qadağan edib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın müvəqqəti Baş naziri Ənvar-ül-Haq Kakar yerli hakimiyyətin müvafiq qərarı verdiyini açıqlayıb.
“Pakistan xalqı üzücü bir vəziyyətdədir… Buna görə də vəziyyəti nəzərə alaraq, Pakistan hökuməti Yeni illə bağlı bütün tədbirləri qadağan etmək qərarına gəlib”, – Kakar televiziyada çıxışı zamanı deyib.
Gununsesi.info