Pakistanda zəlzələ oldu

Pakistanda 5 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanların episentrinin Dera-Qazi-Xan şəhərindən 134 kilometr qərbdə yerləşdiyi bildirilib. Sözügedən şəhərdə 236 min sakinin yaşadığı qeyd olunub.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

 

 

Gununsesi.info