Pakistan Azərbaycanın neft sahəsində ekspert xidmətlərindən yararlana bilər.
Gununsesi.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Pakistanın Ravalpindi şəhərinin Ticarət-Sənaye Palatasının prezidenti Zahid Lətif deyib.
Palata rəhbəri bildirib ki, Azərbaycan Pakistan üçün hər zaman dost ölkə hesab olunub və onu həmişə dəstəkləyib:
Z.Lətif hesab edir ki, Azərbaycan və Pakistan arasında işgüzar əlaqələrin inkişafı üçün Palatanın bu il iyulun 4-5-də Bakıda keçirəcəyi XXXI Beynəlxalq mükafatlandırma mərasimi yaxşı imkan ola bilər. Tədbirdə təqribən 400 nəfərin iştirakı gözlənilir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycan və Pakistan arasında əmtəə dövriyyəsi 2018-ci ilin yanvar-aprel aylarında 5,2 milyon dollar (il ərzində 44,44 faiz artım) təşkil edib.